Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan yerli mediaya açıqlamasında deyib.
“Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik.
Qanuni əsası olan topoqrafik xəritələrlə məşğul olmağa çalışırıq. Bu xəritələrin hansı əsaslarla, hansı hüquqi baza ilə tərtib edildiyi çox vacibdir ki, bu məntiq Almatı Bəyannaməsinin məntiqi ilə uzlaşsın”, - o bildirib.
“Sərhədin delimitasiyası və demarkasiyası üçün çoxlu materiala ehtiyac var. İş çoxdur və demək olmaz ki, hamısı bir yerdə cəmləşib”, - deyə Qriqoryan Rusiya xarici işlər nazirinin müavininin yalnız Rusiya tərəfinin lazımi materiallara malik olması barədə bəyanatına cavab olaraq vurğulayıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...