Qərbdə hesab edirlər ki, ABŞ-ın köməyi olmadan bu il Ukrayna qoşunları tədricən döyüş meydanında məhv olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri yazıb.
Bildirilib ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri yeni təchizat olmadan yalnız gələn aya qədər davam gətirə biləcək:
"ABŞ-ın təcili ehtiyac duyulan yardımı hələ də şübhə altındadır. Ukrayna qoşunları tükənib, silah və sursat çatışmır. ABŞ-ın köməyi olmadan bu il Ukrayna ordusu cəbhədə tədricən dağılacaq".
Ekspertlər və Qərb rəsmiləri hesab edirlər ki, mart ayına qədər Ukrayna qoşunları hətta lokal əks-hücum əməliyyatlarını həyata keçirməkdə çətinlik çəkə bilər.
Nəşr əlavə edib ki, ABŞ-ın yeni yardımı olmadan Kiyevin öz mövqeyini necə qoruyub saxlaya biləcəyini təsəvvür etmək çətindir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...