Tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh” restoranında baş verən davaya görə açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Aqşin Fatehin özü də iştirak edib. Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub. Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilib ki, zərərçəkmiş F.Alıyev restoranının sonuncu və yeni icarəçisi kimi obyektə gəlib və orada olan işçi heyətinə buna dair sənədlər göstərərk oranı tərk etmələrini tələb edib. Bu zaman restoranda çalışanlar Aqşin Fatehə zəng edərək məsələ ilə bağlı məlumat veriblər.
Agşin Ömər adlı tanışı ilə restorana gələrək Füzuli ilə özünə məxsus əşyaları götürməklə bağlı mübahisə edib. Əşyaların Aqşinə, yaxud obyektin sahibinə məxsus olmasına dair məlumatı olmadığı üçün Füzuli buna icazə verməyib.
Aqşin isə öz işçilərinə özünə aid əşyaları götürməklə bağlı göstəriş verib. Cinayət işində təqsirləndirilən şəxs Vaqif Nadirov (ad-soyad şərtidir) əşyaları götürmək istəyərkən qarşı tərəf buna mane olub. Nəticədə mühafizəçi işləyən Vaqif qarşı tərəfi itələyib, onlar arasında dartışma olub. Bu zaman hadisəni restoranda gül satan Fəridə adlı qadın telefonu ilə videoya çəkmək istəyib. Aqşin isə qadının telefonu əlindən alaraq yerə çırpıb.
Məhkəmə belə qənaətə gəlib ki, hadisə zamanı təqsirləndirilən şəxs heç kimə xəsarət yetirməyib. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlinib ki, mühafizəçi Aqşin Fatehin göstərişlərini yerinə yetirib, heç kimə hədə-qorxu gəlməyib, xəsarət yetirməyib.
Vaqif Nadirovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilib.
- Emin Ağalarovun ev bağışladığı qazi nələr danışdı? - Video
- Bakıda iki nəfərin ölümü: qatarın işığı yanmayıb? - Video
- 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq məhv edilib - QAİ
- Ölkədə unun yeni qiyməti bəlli oldu - Siyahı
- "Sahil" metrosu qarşısındakı izdihamla bağlı rəsmi açıqlama
- Badamdarda uçqun təhlükəsi aradan qaldırıldı
- "Sahil" metrosu qarşısında böyük izdiham - Foto
- Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram