Salome Zurabişvilinin parlamentdəki illik çıxışı Gürcüstan prezidentinin çıxışı deyil, xarici casusun çıxışı olub.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın “Xalqın Gücü” ictimai hərəkatının üzvü, deputat Sozar Subari deyib.
"Mən Salome Zurabişvilinin çıxışını tənqidi adlandıra bilmərəm. Bu, ölkəyə qarşı düşmən çıxışı idi. Bu, Gürcüstan prezidentinin deyil, xarici agentin çıxışı idi", - Subari "İmedi" telekanalında bildirib.
Qeyd edək ki, Zurabişvili bu illik hesabatının böyük hissəsini hökumətin tənqidinə həsr edib. Prezidentlə hakim komanda arasında bir müddətdir ki, münasibətlər korlanıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...