Fevralın 8-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
BUTA.TV xəbər verir ki, Dövlət Bağçalı İlham Əliyevə prezident seçkilərində qazandığı qələbə münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbənin və suverenliyimizin tam təmin bərpa olunmasının önəmini bir daha vurğulayıb.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf edəcəyi vurğulanıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...