Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərində yenidən dövlət başçısı seçilməsi Azərbaycanın təhlükəsizliyi və sabitliyi baxımından çox önəmlidir.
BUTA.TV xəbər verir ki, bunu AzTV-yə açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkənin parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, bu seçkilər Cənubi Qafqaz, Azərbaycan-Türkiyə və türk dünyasının gələcəyi baxımından önəmlidir:
“Sadəcə, Azərbaycan üçün deyil, Türk dünyası üçün də seçim oldu. Azərbaycan xalqına və Türkiyə-Azərbaycan əlaqələrinın gələcəyinə görə də xoşbəxtik”.
Mövlud Çavuşoğlu fevralın 7-də baş tutan növbədənkənar prezident seçkilərini Azərbaycan üçün tarixi seçim adlandırıb:
“Çünki 30 ildən sonra Azərbaycanın bütün ərazilərində xalq səs verdi. Azərbaycan xalqı Qarabağ zəfərindən sonra böyük xidmətləri olan İlham Əliyevə müxtəlif vasitələrlə təşəkkürünü ifadə etmişdi, bir də seçki qutusunda səs verərək minnətdarlığını göstərmək istədi”.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə Azərbaycanda baş tutan prezident seçkilərinin ilkin nəticələrinə görə, İlham Əliyev 92,05 faiz səs toplayıb.
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video