Ermənistan parlamentinin 1991-ci il Almatı Bəyannaməsi imzalanarkən qoyduğu qeyd-şərtlər depozitariyə verilməyib.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu səbəbdən də sözügedən qeyd-şərtlərin beynəlxalq hüquq münasibətləri baxımından heç bir qüvvəsi yoxdur:
“Beynəlxalq və yerli qanunlara görə, Vyana Konvensiyasına uyğun olaraq ölkə qeyd-şərt qoyduğu zaman depozitariyə də bu qeyd-şərt barədə məlumat verilməlidir. Biz uzun müddətdir ki, bu məsələni araşdırırıq və qeyd etmişik ki, Ermənistan bu barədə depozitariyə məlumat verməyib. Ona görə də beynəlxalq hüquq münasibətləri baxımından bu qeyd-şərtlərin heç bir hüquqi qüvvəsi yoxdur”.
Onun sözlərinə görə, bu fakt onun göstərişi ilə dəfələrlə yoxlanılıb.
Qeyd edək ki, Ermənistan müxalifəti Almatı Bəyannaməsinin ratifikasiyası zamanı Ermənistan parlamentinin ora 10 maddəlik “qeyd-şərt” yazdığını və bununla da Azərbaycanın ərazi bütövlüyü məsələsindən keçmiş Dağlıq Qarabağın ayrıldığını iddia etmişdi.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi