İndiki vəziyyətdə Moskva ilə Tokio arasında sülh müqaviləsi üzrə danışıqlara qayıtmaq qətiyyən mümkün deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“İndiki şəraitdə sülh müqavilə ilə bağlı dialoqa qayıtmaq qətiyyən mümkün deyil”, - diplomat yaxın gələcəkdə sülh müqaviləsi üzrə dialoqun bərpasının mümkünlüyü barədə sualı cavablandırarkən vurğulayıb.
Rudenko qeyd edib ki, ikitərəfli münasibətlər Yaponiya hökumətinin uzaqgörən olmayan siyasəti nəticəsində görünməmiş şəkildə aşağı həddə çatıb.
Qeyd edək ki, Kuril adaları iki ölkə arasında mübahisə predmeti olaraq qalır.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi