Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”i təsdiq edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləc ədə müstəqil ekspertlərin hesabatlılığına dair tələblər müəyyənləşib.
Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək. Həm fiziki, həm də hüquqi şəxs müstəqil ekspertlərin hesabatları rüb başa çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq edilərək təqdim olunacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi