Bakıda 98 yaşlı İkinci Dünya müharibəsi veteranı İsgəndər Vəliyev prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
BUTA.TV xəbər verir ki, o, 36 saylı Xətai dairə seçki komissiyasının 16 saylı məntəqəsində səs verib.
İ.Vəliyevə hərəkət məhdudiyyətli insanlar üçün yaradılan imkanlara uyğun olaraq ev şəraitində səs vermək təklif olunsa da o, bundan imtina edib. Seçki məntəqəsinə gələrək səs verib.
Onun yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak etməsi ətrafda maraqla qarşılanıb, dediyi sözlər məntəqədəki insanlar tərəfindən alqışlanıb.
Müharibə veteranı namizədlərdən İlham Əliyevi dəstəklədiyini açıqlayıb.
Həmin görüntüləri təqdim edirik:
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi