Seçici fəallığı yüksəkdir, çünki ilk dəfədir ki, bütün Azərbaycanda seçkilər keçirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Səbail rayonunun 7 saylı stansiyasına gələn Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
"Biz görürük ki, seçkilər yaxşı gedir. Bu, baş çəkdiyimiz ikinci seçki məntəqəsidir. İndi başqa məntəqələrə də gedəcəyik. Biz yüksək seçici fəallığını müşahidə edirik, çünki ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində seçkilər keçirilir. İnsanlar Azərbaycan xalqının böyük qələbəsinə öz dəstəyini ifadə etməkdən çox məmnundurlar. Mən ən əsası deyərdim ki, xalq bu böyük qələbəyə öz sevincini və dəstəyini bildirir”, - o qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi