ABŞ-ın bölgədəki İrana bağlı silahlı qruplaşmaların mövqelərinə hücumlarına baxmayaraq, Tehran hökuməti proksi qüvvələrə silah-sursat və informasiya dəstəyini davam etdirir.
BUTA.TV xəbər verir ki, bunu “NBC Nyus” ABŞ rəsmilərinə istinadən yazıb.
Məlumata görə, Yəmən husiləri Amerika qüvvələrinin bölgədəki yerini müəyyənləşdirmək və Qırmızı dənizdəki ticarət gəmilərini daha dəqiq hədəfə ala bilmək üçün İranın kəşfiyyat dəstəyindən yararlanırlar.
Son bir neçə ay ərzində Qırmızı dənizdə və Ədən körfəzində İran bayrağı altında üzən “Behşad” gəmisi elektron nəzarət avadanlığından istifadə edərək husilərə ticarət gəmiləri haqqında məlumat ötürür.
Qeyd edək ki, Yəmən husilərinin lideri Əbdül Malik əl-Husi fevralın 6-da bəyanat yayaraq, Qəzzada müharibənin davam edəcəyi təqdirdə başçılıq etdiyi qruplaşmanın bölgədə hücumlarını gücləndirəcəyi ilə təhdid edib.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi