Güclü və döyüşə hazır ordu Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təmin edən ən mühüm amillərdən biridir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın Rusiya səfiri Vaqarşak Arutyunyan Ermənistan silahlı qüvvələrinin yaradılmasının 32-ci ildönümü münasibətilə səfirlikdə keçirilən qəbulda deyib.
O, “xüsusilə bölgədəki mövcud vəziyyəti nəzərə alaraq”, orduda islahatların aparılmasının vacibliyini vurğulayıb.
Qəbulda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, xarici dövlətlərin Rusiyada akkreditə olunmuş səfirləri, hərbi attaşelər, erməni kilsəsi və icmasının nümayəndələri iştirak ediblər.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi