Amerikalı jurnalist Taker Karlson yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putindən müsahibə alacağını bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə Karlson sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün biz Moskvadayıq, Rusiya Prezidenti Vladimir Putindən müsahibə götürmək üçün buradayıq”, - Karlson bildirib.
Keçmiş “Foks Nyus” aparıcısının sözlərinə görə, belə müsahibələrin alınmasında həmişə risklər var, ona görə də qərar bir neçə ay ərzində qəbul edilib.
Qeyd edək ki, Karlson Rusiyaya ötən həftənin sonunda gəlib. Hələ 2023-cü ilin sentyabrında jurnalist Putindən müsahibə almağa çalışdığını, lakin ABŞ hakimiyyəti tərəfindən buna qadağa qoyulduğunu bildirmişdi.
- WUF13-ün proqramı açıqlandı
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert