İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.
Bu barədə BUTA.TV-a Dövlət Xidmətindən bildirilib.
Hərraca çıxarılan “Hunday Getz” markalı avtomobilin start qiyməti 1 275 manat olsa da, son təklif 7 800 manata yüksəlib. İlkin qiyməti 6 750 manat olan “Mercedes Benz Vito” avtomobili isə 9 500 manata özəlləşdirilib.
Satılan əmlaklar üzrə dövlət büdcəsinə 91 075 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38afiC linki vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 20 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara 117 nəqliyyat vasitəsi, 4 səhmdar cəmiyyətinin səhm paketi və 1 kiçik dövlət müəssisəsi çıxarılacaq.
- WUF13-ün proqramı açıqlandı
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert