Müvəqqəti yaşadığı ünvanda səs vermək istəyənlər əgər seçki gününə qədər qeydiyyatda olduqları məntəqədən çıxarış ala bilməyiblərsə, seçki günü məhkəməyə müraciət edə bilərlər.
Bu sözləri BUTA.TV-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O bildirib ki, qeydiyyatda olduğu məntəqədən çıxmaq haqda sənədi şəxs yalnız yanvar ayının 24-dən fevral ayının 4-dək ala bilərdi:
“Bu vaxtda istifadə edə bilməyən, qeydiyyatda olduğu məntəqədə səs verə bilməyənlər isə seçki günü məhkəməyə müraciət edə, seçki hüququnu təmin etdirə və həmin sənədlə yaxınlıqdakı məntəqələrdən birində səs verə bilər. Seçicilər yalnız seçki günü məhkəməyə müraciət etməlidirlər və bu proses operativlik tələb etdiyindən, məhkəmələr qısa müddətdə qətnaməni təqdim etməlidir. Təxirəsalınmaz hal olduğundan proses ən geci bir saat ərzində yekunlaşır. Bir sözlə, qeydiyyat çıxarışı əldə edə bilməyənlər seçki hüququnu yalnız məhkəmə yolu ilə bərpa edə bilərlər”.
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!