İsrail HƏMAS-ın 24 batalyonundan 18-ni artıq məhv edib. Bu, İsrail üçün ən mürəkkəb döyüşdür. İsrail tam qələbəyə çatana qədər döyüşə davam edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə iranlı ekspert Əşkan Səfayi İsrailin müdafiə naziri Yoav Qallantın mətbuat konfransındakı danışığını şərh edərkən bildirib.
“İsrai ordusunun Rəfaha girməsi və orda hərbi əməliyyatlara başlaması gözləniləndir. İsrail indiyədək bu qrupun, xüsusilə də Yəhya Sinvarın ən məxfi saxlanma yerlərinə girməyə və kəşfiyyat sirləri əldə etməyə müvəffəq olub. Rəfahda olan HƏMAS liderlərinin aqibəti Xan Yunisdə olanlarla oxşar olacaq, bunu İsrailin müdafiə naziri də qeyd edib” .
O, ABŞ-ın İsrailin Rəfahda əməliyyat keçirmək planına reaksiyası haqda danışıb:
“ABŞ Dövlət Departamenti bildirib ki, əgər İsrail Rəfahda hərbi əməliyyat keçirəcəksə, iki mühüm məsələyə diqqət etməlidir: 1 milyondan çox evsiz fələstinlinin bu şəhərin mərkəzində məskunlaşması məsələsi və Rəfah keçidinin humanitar yardımların çatdırılması üçün əsas yol olması”.
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!