Amerika vətəndaşlarının əksəriyyəti hesab edir ki, ABŞ prezidenti Co Bayden əqli qabiliyyətini itirir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə “Rasmussen Reports” tədqiqat təşkilatının dərc etdiyi sosioloji sorğunun nəticələrində göstərilib.
Respondentlərin 59%-i hesab edir ki, Amerika lideri zaman keçdikcə daha çox əqli itiliyini itirir. Lakin sorğu iştirakçılarının 33% bu fikirlə razı deyil.
Sorğu nəticələrinə əsasən, amerikalıların əksəriyyəti medianın prezidentin idrak qabiliyyətinin zəifləməsini gizlətməyə çalışmaqdan şübhələnir.
Sorğunun nəticələrinin statistik səhvi 3 faiz bəndidir. Araşdırma 28-30 yanvar tarixlərində aparılıb. Burada 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 943 nəfər iştirak edib.
Qeyd edək ki, Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Baydenin üzvü olduğu Demokratlar partiyasının bəzi rəsmiləri açıq şəkildə onu seçki kampaniyasında iştirakdan imtina etməyə çağırıblar. 2029-cu ildə mümkün ikinci prezidentlik müddətinin sonunda Baydenin 86 yaşı tamam olacaq.
- Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
- FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - Video
- Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto
- WUF13-ün proqramı açıqlandı
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var