Rusiya banan və qərənfillərin idxalını qadağan edərsə, Ekvador bir ildə 754 milyon dollar itirə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, “Rosselxoznadzor” Ekvador hakimiyyətinə donqar milçək səbəbiylə beş banan ixracatçısının sertifikatının dayandırılması ilə bağlı müraciət edib:
“Daha sonra isə bir sıra Avropa ölkələrinə Ekvadordan gələn qərənfillərin sertifikatlaşdırılmasının dayandırılması üçün də müraciət olunub. Səbəb kimi isə çiçək tripsinin aşkar edildiyi göstərilib”.
Qeyd edək ki, Ekvador köhnə rus texnikasını ABŞ-a vermək qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi Ekvadorun bu addımına etiraz etsə də, Prezident Daniel Noboa ölkəsinin köhnə rus texnikasını ABŞ-a verməkdən imtina etməyəcəyini bildirib.
- Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
- FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - Video
- Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto
- WUF13-ün proqramı açıqlandı
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var