Yanvar ayında Xəzər rayonunda keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı və daşınmasını təşkil edən 35 fakt üzrə 48 nəfər saxlanılıb.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 fakt üzrə 48 nəfər saxlanılıb. Həmin şəxslərdən 4 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir
- Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
- FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - Video
- Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto
- WUF13-ün proqramı açıqlandı
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı