Seçkilərdə səsimi kimə verərəm, özüm bilərəm. Amma sizə bunu deyim ki, düz otuz ildir, seçkilərə getmirəm. Çünki məni buna heç nə sövq etmirdi.
Bu sözləri Kult.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət 7 fevral prezident seçkisində iştirakı ilə bağlı deyib.
“Bilirsiz, bütövlük, suverenlik, torpaqların azadlığı çox yaxşı şeydir, gözəl hissdir. Hazırda Mərdəkanda yaşayıram, dünən zəng vurdum, hansı məntəqədə səs verməli olduğumu öyrəndim. 30 ildən sonra ilk dəfə, həm də ürəklə seçkiyə gedəcəm və məni seçkiyə getməyə yaxşı mənada məcbur edən namizədə səsimi verəcəm”, - Seyran Səxavət bildirib.
Tanınmış şair Rüstəm Behrudi də səs verəcəyi şəxsin adını açıqlamaqdan imtina edib:
“Seçki gizli keçirilir, ona görə ad açıqlamayacağam. Həmişə seçkilərdə iştirak etmişəm, ağlım kəsən namizədə də səsimi vermişəm. Baxmayaraq ki, hazırda xəstəyəm, səhhətim evdən çıxmağa maneə törədir, amma 7 fevralda mütləq seçkiyə gedəcəm, Azərbaycanın taleyini kimə tapşırmaq olarsa, məhz o namizədə də səsimi verəcəm”.
- Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
- FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - Video
- Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto
- WUF13-ün proqramı açıqlandı
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var