Əgər İtaliya ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edərsə, bu ölkəyə məxsus gəmilər husilərin hədəfləri arasında olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi İtaliyanın "La Republika" qəzetinə müsahibəsində deyib.
“İtaliya Qəzzada İsrail və fələstinlilər arasında münaqişədə neytral olmalı və hücumları dayandırması üçün İsrailə təzyiq göstərməlidir. Bu, regionda sülhə nail olmağın yeganə yoludur”, - o bildirib.
Qeyd edək ki, fevralın 2-si İtaliyanın müdafiə naziri husilərin hücumlarından qorunmaq məqsədilə Avropa koalisiya qüvvələrinə qoşulmaq üçün ölkədən bir gəmi və bir neçə döyüşçünün Qırmızı dənizə göndəriləcəyini elan edib.
- Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
- FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - Video
- Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto
- WUF13-ün proqramı açıqlandı
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var