Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Rzayev saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı kibrit qutularında, həmçinin sellofan və kağız bükümlərdə qablaşdırılmış və çəkisi 2 kiloqram 400 qrama yaxın olan marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir