Britaniya Şurası - “British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və bu təşkilatın əməkdaşları Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
BUTA.TV xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olunub ki, ADU-da xarici dillərin tədrisi ilə bağlı müasir tədris metodlarından və təcrübəsindən istifadə olunur. Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrin qurulması və inkişafı istiqamətində əməkdaşlıqda maraqlıdır.
Nərgiz Hacıyeva beynəlxalq sertifikatlı dil imtahanlarının təşkili, tələbə və müəllimlərə bu istiqamətdə təlimlərin keçirilməsinin perspektivləri haqqında məlumat verib.
Qeyd olunub ki, ADU-da müəllim və tələbələrin beynəlxalq dil sertifikatlı imtahanlara marağı böyükdür. İmtahanların keçirilməsi və rəsmi sertifikatların verilməsi ilə bağlı aparılan müzakirələrdə müasir təlim və tədris metodlarının tətbiqinin önəmindən danışılıb.
Görüş gələcək əməkdaşlığın yeni istiqamətləri və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti ətrafında müzakirələrlə davam edib.
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı
- "Highland Residence"də tam təmirli mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Hacı Vəliyevə hökm oxundu
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq