İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS OIC/SMIC 10:2023 “Zəfəran (Crocus sativus L.) – Spesifikasiyalar və Sınaq Metodları” yeni dövlət standartı qəbul edilib.
BUTA.TV AZSTAND-a istinadən xəbərinə görə, yeni dövlət standartı adi zəfəran çiçəklərinin dişiciyinin bir hissəsindən alınan qurudulmuş zəfəranın xarakteristikasını müəyyən etmək məqsədilə qəbul edilib.
Yeni dövlət standartı “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 33) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı
- "Highland Residence"də tam təmirli mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Hacı Vəliyevə hökm oxundu
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq