“Prezident seçkiləri bu günə təyin edilsəydi, kimə səs verərdiniz?” sualına cavab olaraq seçicilərin 97%-i İlham Əliyevin adını çəkib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın Azərbaycanda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində apardığı sorğunun nəticələrində bildirilib.
Sorğunun nəticələri haqda Şuşada keçirdiyi mətbuat konfransında danışan ABŞ-ın “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum bildirib ki, sözügedən suala respondentlərin 1.2% Zahid Orucun, 0.7% Fazil Mustafanın, 0,5% Razi Nurullayevin, 0,3% Qüdrət Həsənquliyevin, 0,2% Fuad Əliyevin, 0,1% isə Elşad Musayevin adını çəkib.
Qeyd edək ki, sorğuda bütün ölkəni əhatə edən 3 min respondent iştirak edib.
- "Highland Residence"də tam təmirli mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Hacı Vəliyevə hökm oxundu
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto