İrana bağlı haker qrupunun Albaniyaya qarşı kiberhücumu nəticəsində ölkənin Statistika Mərkəzinin saytı sıradan çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Albaniyanın Statistika Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hücumun üstündən saatlar keçməsinə baxmayaraq, qurumun bazasına giriş hələ də bərpa edilməyib.
"Homeland Justice" haker qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb və mərkəzin saytından bəzi məlumatları oğurladığını açıqlayıb.
Qeyd edək ki, 2022-ci ilin iyul ayında Albaniyanın hökumət infrastrukturuna edilən kiberhücumdan sonra rəsmi Tirana Tehranla bütün diplomatik əlaqələrini kəsib. İki ölkə arasındakı münasibətlərin gərgin olmasına səbəb Xalq Mücahidləri Təşkilatının Albaniyada mənzil qərargahının olmasıdır.
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı
- "Highland Residence"də tam təmirli mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Hacı Vəliyevə hökm oxundu
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...