Avropada 2023-2024-cü illər mövsümünün qış fasiləsində transferlərə ən çox pul xərcləyən komandalar məlum olub.
BUTA.TV xəbər verir ki, siyahının ilk pilləsində Fransa “Lion”u klubu qərarlaşıb. Klub yeni oyunçuların alınmasına 50,13 milyon avro xərcləyib. Liqa 1 təmsilçisi bu məbləği 8 futbolçu üçün ödəyib.
Hazırda ölkə çempionatında 16 xalla 16-cı sırada yer alan “Lion”un ən bahalı transferi isə İspaniyanın “Barselona” komandasından cəlb olunan Vitor Rokedir. Klub bu keçid üçün 40 milyon avro xərcə düşüb.
Bu mövsüm qış transferlərinə ən çox pul xərcləyən komandalar
1.“Lion” (Fransa) - 50,13 milyon avro
2. “Barselona” (İspaniya) - 40 milyon avro
3. PSJ (Fransa) - 40 milyon avro
4. “Bavariya” (Almaniya) - 30 milyon avro
5. “Kristal Pelas” (İngiltərə) - 29,1 milyon avro
6. “Renn” (Fransa) - 26,5 milyon avro
7. “Tottenhem” (İngiltərə) - 25 milyon avro
8. “Leyptsiq” (Almaniya) - 24 milyon avro
9. “Marsel” (Fransa) - 22 milyon avro
10.“Napoli” (İtaliya) - 21 milyon avro.
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı
- "Highland Residence"də tam təmirli mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Hacı Vəliyevə hökm oxundu
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq