Argentina polisi Kiyevin tələbi ilə rusiyalını saxlayıb, onun Ukraynaya mümkün ekstradisiyası məsələsi üzrə məhkəmə prosesi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Buenos-Ayresdəki səfirliyinin konsulluq şöbəsinin rəhbəri Nataliya Pustovalova RİA Novosti-yə bildirib.
“Səfirliyə Ezeiza Beynəlxalq Hava Limanında polisdən rəsmi bildiriş daxil olub ki, yanvarın 30-da Ukrayna İnterpolunun sorğusu əsasında ailəsi ilə birlikdə Argentinaya turizm məqsədi ilə gələn Rusiya vətəndaşı İ.İ.Çurkinin saxlanılıb.
Yaxın 45 gün ərzində məhkəmə iclası keçiriləcək və orada rusiyalının Ukraynaya ekstradisiya edilib-edilməməsi ilə bağlı qərar veriləcək”, - Pustovalova bildirib.
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - Foto
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- "Expressbank"ın dəstəyi ilə VI Autizm Festivalı baş tutdu
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı