Rusiyanın xalq artisti, müğənni, aktyor, həmçinin Dövlət Dumasının deputatı Dmitri Pevtsova Ukraynada qiyabi ittiham irəli sürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.
Deputat Rusiyanın Ukraynaya qarşı təcavüzünə, o cümlədən Ukrayna konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və dövlət hakimiyyətinin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunub.
Bildirilib ki, qeyd olunan cinayətlərə görə sözügedən şəxsin əmlakı müsadirə olunmaqla 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - Foto
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- "Expressbank"ın dəstəyi ilə VI Autizm Festivalı baş tutdu
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı