AB-nin Ukraynaya maliyyə yardımı ilə bağlı Brüssel sammitində qəbul edilmiş qərarı vəsaitlərin rasional xərclənməsinə zəmanət verir və buna görə də Macarıstan bununla razılaşıb.
BUTA.TV xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avropa Birliyi (AB) ölkələrindən olan həmkarları ilə görüşündən sonra deyib.
O, həmçinin qeyd edib ki, Avropa fondlarından Macarıstana veriləcək vəsait Ukraynanın maliyyələşdirilməsinə sərf edilməyəcək:
“Biz vəsaitlərin rasional istifadəsinə zəmanət verən nəzarət mexanizmi üzərində razılığa gəldik və Macarıstan pullarının Ukraynaya göndərilməyəcəyinə dair zəmanət aldıq”.
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - Foto
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- "Expressbank"ın dəstəyi ilə VI Autizm Festivalı baş tutdu
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı