Veb-kamera quraşdırılması insanları güdmək deyil.
BUTA.TV xəbər erir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, ötən gün veb-kameraları izləyəndə fərqi özü də müşahidə edib:
"Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək".
MSK sədri vurğulayıb ki, səsvermə kabinəsinin içərisini çəkmək üçün ən az 10 kamera lazımdır:
"Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - Foto
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- "Expressbank"ın dəstəyi ilə VI Autizm Festivalı baş tutdu
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı