Hərbi toplanışların keçirilməsi qaydası dəyişir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Bütün qoşun növlərində çağırışla bağlı sayın bir-birini tamamlaması üçün qanuna dəyişiklik təklif edilir. Say bərabərliyinin bir-birinə uyğun gəlməsi üçün 3 qurum (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qoşun növləri) toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını Ali Baş Komandanın razılığı ilə müəyyən edəcək.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı