Qazaxıstan vətəndaşların sənədlərini bütün sutka boyu tərtib etməyə və bütün suallara cavab almağa imkan verəcək “ChatGPT” çat-botunun analoqunu hazırlayır.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Bağdad Musin məlumat verib.
Onun sözlərinə görə, bu il “eGov.ai”də süni intellektin tətbiqi üzrə işlərə başlanılıb:
“Bu il biz e-Hökumət həllərimizə süni intellektin tətbiqi üzrə işə başladıq. İstəyirik ki, vətəndaşlarımız müəyyən düymələri necə basmaq barədə göstərişlərin içində batmasınlar, sadəcə olaraq insan ünsiyyəti vasitəsilə dövlət xidmətlərini alsınlar və lazım olan hər şeyi həyata keçirsinlər”, - nazir bildirib.
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı