Fransa Cənubi Qafqazda sülhün təmin olunmasını istəmir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə bildirib.
S.Qafarovanın sözlərinə görə, bəzi Avropa dövlətləri Cənubi Qafqaz regionunda sülhün təmin olunmasını istəmirlər:
"Bu ölkələrdən biri də Fransadır. Fransa neokolonializm siyasətini bu regiona da daşımaq istəyir".
Spiker bir daha vurğulayıb ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasını, Ermənistanla tezliklə sülh sazişinin imzalanmasını istəyir.
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı