Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə döyüşə hazırolma üzrə tədbirlər həyata keçirilir.
Tədbirlər zamanı bölmələrin həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar məşq etdirilir.
Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına əsasən, bölmələrin daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkəti də nəzərdə tutulub.
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı