Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Şirinov Natiq Telman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi
Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi
Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru.
Bu gün DGK-də gömrük işçilərinin peşə bayramı münasibətilə keçilən mərasimdə general rütbəsi alan əməkdaşlara rütbələr təqdim olunub.
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO
- Masazırda ciddi narahatlıq: Dronlarla nəzarət... - VİDEO
- Bu valideynlər cərimələnəcək - Prezident təsdiqlədi
- İlham Əliyev 2 fərman imzaladı
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı