Gürcüstan hökumətinin Prezident Salome Zurabişvili ilə əməkdaşlıqdan imtinası impiçment prosesinin başlanmasına səbəb olan hərəkətlər fonunda məntiqi ardıcıllıqdır.
BUTA.TV SOVA-ya istinadla xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu” partiyasının üzvü Mixail Sarcveladze ölkə Prezidenti Salome Zurabişvilinin Ermənistan Baş naziri Nikol Paşinyanın səfəri də daxil olmaqla, Gürcüstan prezidentinə ölkəyə yüksək səviyyəli səfərlər barədə məlumat verilməməsindən təəssüfləndiyini bildirən bəyanatına cavabında deyib.
“Zurabişvili bilir ki, onun bu görüş və səfərlə heç bir əlaqəsi yoxdur. Əslində, uğurlu səfər idi, ictimaiyyət uğurlu əməkdaşlığın nəticələrinin şahidi oldu. Düşünürəm ki, onun bu barədə deyəcək heç nəyi yoxdur...
Ötən müddətdə onun artıq müxalifətdə olduğu məlum oldu. O, ritorikasında, hərəkətlərində, siyasətində müxalifətçidir”, - Sarcveladze bildirib.
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO
- Masazırda ciddi narahatlıq: Dronlarla nəzarət... - VİDEO
- Bu valideynlər cərimələnəcək - Prezident təsdiqlədi