Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Panama Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Laurentino Kortizo Kohenə təqdim edib.
Bu barədə BUTA.TV-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Paytaxt Panama şəhərində yerləşən Prezident Sarayında keçirilən mərasimdə M.Talıbov ilk olaraq, Prezident Laurentino Kortizoya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Panama prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Prezident L.Kortizo ilə səfir arasında baş tutan söhbət zamanı Azərbaycanla Panama arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində davamlı təmaslar, səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib.
Prezident L.Kortizo rəhbərlik etdiyi hökumətin Panama ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdəki gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzu edib.
Mərasimdən sonra, Panama xarici əlaqələr naziri xanım Janaina Tevaney ilə səfir M.Talıbov arasında ayrıca görüş keçirilib. Görüşdə iki ölkə arasında mövcud əlaqələrin hazırkı vəziyyəti və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, iki ölkə arasında humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu üzrə potensialın olduğu bildirilib.
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO