Rusiya qeyri-rəsmi kanallar vasitəsilə ABŞ-a açıq şəkildə bəyan edib ki, Kiyev üçün gələcək mümkün təhlükəsizlik tədbirləri də daxil olmaqla, Ukraynaya müdaxiləyə son qoymaq üçün danışıqlara hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq”ə Kremlə yaxın iki mənbə bildirib.
Mənbələr vurğulayıblar ki, Rusiya bu “siqnalları” 2023-cü ilin dekabrında yüksək rütbəli Amerika rəsmilərinə ötürüb, lakin onlar vasitəçinin adını çəkməkdən imtina ediblər:
“Putin Ukraynanın neytral qalması və NATO-ya qoşulmaması tələblərindən imtina etməyi nəzərdən keçirə bilər. Bunun müqabilində Moskva Kiyevi məcbur edəcək ki, son illərdə Rusiyanın işğal etdiyi əraziləri Kremlin nəzarətində tanısın”.
“Blumberq” qeyd edib ki, amerikalı rəsmilər bu cür təkliflərdən xəbərsizdirlər və Putinin döyüşləri bitirməkdə ciddi olduğunu göstərən heç bir əlamət görmürlər. Onlar Rusiyanın siqnalları ilə bağlı xəbərlərə şübhə ilə yanaşır.
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO