Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Bakı Bus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva məlumat yayıb.
“Elektrik avtobusu hazırda “Bakı Bus”ın istismarında olan 11 nömrəli marşrut xəttində, İ.Əbilov-Dəmiryol vağzalı istiqamətində fəaliyyət göstərir”, – qeyd edilib.
İlk belə avtobus sentyabrda “20-ci sahə”-“Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edən 5 nömrəli marşrut xətti üzrə hərəkət edib.
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO