Xudafərin-Qubadlı-Laçın yolunun artıq yarısı tamamlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə yanvarın 26-da Qarabağ və Şərqi Zəngəzur bölgəsində üç mühüm avtomobil yolunun: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə məlumat verilib.
Qeyd olunub ki, yolun tikintisinə 2021-ci ildə başlanılıb və 2024-cü ilin sonuna kimi tamamlanacaq.
İctimai dinləmədə sifarişçilər, layihə icraçıları, dövlət qurumları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edirlər.
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO