Azərişıq ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda güclü yağan qar və şaxtaya baxmayaraq dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə yenidənqurma işlərini və fasiləsiz xidməti davam etdirir.
ASC-dən BUTA.TV-a verilən məlumata görə, qurumun əməkdaşları yağan qarın hündürlüyünün insan boyunu ötən ərazilərdə belə elektrik şəbəkəsinin transformatorlarını qardan təmizləyir, yeni quraşdırılan güc transformatorlarının işə salınması üçün tədbirlər görürlər.
Kəlbəcər rayonunun Zar-Zəylik kəndi ərazisində yerləşən 160 KVA-lıq transformatora gərginlik verilib, uçot komplekt qurulub və 0.4 kV-luq kabel çəkilib.
Həmçinin, Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Kəlbəcər elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən İstisu istiqamətində yeni çəkilmiş 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) kabel xəttinə gərginlik verilib. Quraşdırılmış 160 KVA-lıq transformator montaj olunub və 0.4 kV-luq kabel xətti çəkilərək uçot komplekti quraşdırılıb.
Azərişıq ASC elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir. Yaranan problemlərin mümkün qədər tez vaxtda aradan qaldırmağa çalışır.
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video
- "3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
- Partlayış nəticəsində ölən həkim dəfn olundu - VİDEO