Almaniya kansleri Şolts gizli şəkildə Trampın qələbəsinə ümid edir.
BUTA.TV “Bild”ə istinadən xəbər verir ki, bu sözləri alman siyasi ekspert Verner Patzelt deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Avropaya nə qədər pis münasibət bəsləyərsə, "təcrübəli Almaniya kansleri" bir o qədər lazımlı olacaq:
“Bu, sosial demokrat Olaf Şoltsun 2025-ci ilin payızında yenidən seçilməsinə zəmanət verə bilər. Daxili siyasətdə Trampın “düşmən imici” Şoltsu, xüsusən də öz partiyası daxilində və ənənəvi SDP seçiciləri arasında ilhamlandırır”.
Onun sözlərinə görə, Trampın Ağ Evə qayıdışı Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusa siyasi xallar əlavə edə bilər. Belə ki, bu, onun Avropanın sonuncu müdafiəçisi kimi reputasiyasını gücləndirər.
- Bakıda bu restoranın fəaliyyəti dayandırıldı
- 22 yaşlı qız atası ilə bağlı videomüraciət yayıb kömək istədi
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video