ABŞ-ın Texas ştatı müstəqil dövlət olmaq istəyir.
BUTA.TV xəbər verir ki, bu barədə "Nyusvik" jurnalı məlumat yayıb..
Texasda immiqrasiya qalmaqalları fonunda ABŞ-dan ayrılma çağırışları güclənib. Buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikanlı məftilli divarı sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub.
“Texit” hərəkatının lideri Daniel Miller bu vəziyyətdən istifadə etməyə çalışaraq ABŞ-da başlayan Respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsverməyə çıxarıb.
Belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib. O, 139 456 səs toplayıb . Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək, "Texit"dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi Texasın müstəqilliyi tərəfdarları üçün uğursuzluqla nəticələnib.
- Bakıda bu restoranın fəaliyyəti dayandırıldı
- 22 yaşlı qız atası ilə bağlı videomüraciət yayıb kömək istədi
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video