Azərbaycan Ordusunun Zəngəzur dəhlizini açmaq üçün Mehriyə hücum edəcəyini düşünmürəm.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu fransız professor, Yaxın Şərq üzrə ekspert Frederik Ensel deyib.
O, ermənilən əsas səhvlərindən birinin müharibədən əvvəl Azərbaycana ciddi yanaşmamaq olduğunu bildirib:
“Mehri məsələsində təmkinliyəm və pozitiv düşünürəm. Hesab edirəm ki, Azərbaycan hücuma keçməyəcək. Lakin bu gün Ermənistan Birləşmiş Millətlər Təşkilatında kağız üzərində ən zəif ölkələrdən biridir. İrəvanın əsas üstünlüyü diaspordur, amma bu da Qarabağın itirilməsinə mane ola bilmədi.
Məğlubiyyət möhtəşəm bir müəllimdir. Artıq erməni xalqı Sinqapur və Tayvan əhalisi kimi iqtisadiyyatı, gələcəyi ilə bağlı yenidən düşünməlidir. Ermənistan Azərbaycana, onun enerji ehtiyatına, gücünə ciddi yanaşmadı. Eyni səhvi İsrail və HƏMAS da etdi”.
- Bakıda bu restoranın fəaliyyəti dayandırıldı
- 22 yaşlı qız atası ilə bağlı videomüraciət yayıb kömək istədi
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video