Şərqi Azərbaycan əyalətinin yeni valisi Malik Rəhmətinin Təbrizdə keçirilən rəsmi təqdimat mərasimində gərginlik yaşanıb.
BUTA.TV xəbər verir ki, buna səbəb Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeyginin Prezident İbrahim Rəisinin siyasətini tənqid etməsi olub.
O, Rəisinin başçılıq etdiyi hökumətin Körfəzdən İranın mərkəzi əyalətlərinə su kanallarının çəkilişinə büdcə ayırdığı halda Azərbaycanda su probleminin həllinə ciddi yanaşmadığını deyib.
Deputat Körfəzdən su kanalının çəkilişini şou adlandıraraq, bunun heç bir iqtisadi izahı və əhəmiyyətinin olmadığını söyləyib. O, Araz çayından Şərqi Azərbaycan əyalətinin Şəbistər düzənliyinə su kanalının çəkilməsi üçün layihəyə əhəmiyyət verilməməsini tənqid edib.
Əhməd Əlirzabeygi qeyd edib ki, İbrahim Rəisi hökuməti vəzifəyə gəldiyi andan bu günə kimi məqbul fəaliyyətlər həyata keçirməyib və buna görə də onların ikinci müddətə seçilmə ehtimalı azdır.
- Bakıda bu restoranın fəaliyyəti dayandırıldı
- 22 yaşlı qız atası ilə bağlı videomüraciət yayıb kömək istədi
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video