Sosial media X platformasında Fələstinə dəstək verən hesabları bloklamadığı üçün ABŞ-dakı yəhudi lobbilərinin təzyiqinə məruz qalan amerikalı milyarder İlon Mask özünün də yəhudi ola biləcəyini iddia edib.
BUTA.TV-nin xarici mediaya istinadən məlumatına görə, Mask bu barədə Polşanın Krakov şəhərində keçirilən Avropa Yəhudi Birliyi konfransında sionist köşə yazarı Ben Şapiro ilə müsahibəsində danışıb.
Mask açıqlamasında yəhudilərin ətrafında böyüdüyünü və ibrani dilini öyrədən uşaq bağçasına getdiyini bildirib. Mask, "Yəhudilərin ətrafında böyümüşəm. İbrani dilini öyrədən uşaq bağçasına getmişdim. Mənim adım da çox yəhudi bir addır. 13 yaşımda İsrailə getmişdim. Dostlarımın çoxu yəhudidir. Bəzən "mən də yəhudiyəm?" deyə düşünürəm. Yəhudi kimiyəm” deyib.
- Qəbiristanlıqdan tapılan azyaşlı ilə bağlı dəhşətli faktlar - Video
- 22 yaşlı qız atası ilə bağlı videomüraciət yayıb kömək istədi
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir
- Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video