MOSSAD-ın Türkiyədə yaşayan HƏMAS üzvlərini təhdid etməsi xəbərləri fonunda Ankara ilə Təl-Əvivin diplomatik münasibətlərinin kəsilməsi ehtimalına gəlincə, bu, sual açıq qalır. Vəziyyət ölkələr arasında baş verən prosesin şiddətindən asılı olacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçək deyib.
“Türkiyə Cümhuriyyəti böyük dövlətçilik tarixi olan güclü dövlətdir. Ankara heç bir ölkənin kəşfiyyatının Türkiyə ərazisində cinayət törətməsinə və ya adam öldürməsinə icazə verməyəcək. Belə bir ehtimal baş versə belə, bu, cavabsız qalmayacaq. İsrail kəşfiyyatı Türkiyədə HƏMAS liderlərinə qarşı hər hansı əməliyyat keçirməyə cəhd edərsə, bu, çox dəhşətli nəticələrə gətirib çıxaracaq. Bu, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olacaqmı? Sual açıq qalır. Hamısı prosesin nə qədər çətin olmasından asılıdır. Hər şey mümkündür”, - o bildirib.
Qeyd edək ki, MOSSAD-ın Qəzza müharibəsi başa çatdıqdan sonra HƏMAS üzvlərini bütün dünyada, o cümlədən Türkiyədə izləyəcəyi və məhv edəcəyi barədə məlumat Ankarada kəskin etiraz doğurub.
- “Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi...” - Fotolar
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı
- Bakıda motosiklet yerüstü piyada keçidinə çırpıldı, sürücü öldü
- Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir
- WUF13: Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
- Göygöldə qəza: beş gənc xəsarət aldı
- Şəkidə dağlıq ərazidə köməksiz qalanlar xilas edildi - Video
- İkisi də dağlıq ərazidə azdı - Gecə ilə tapıldılar+Video