Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a işgüzar səfəri çərçivəsində Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, görüşdə Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin siyasi dialoqunun gündəliyi və əsas istiqamətlər üzrə praktiki əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Tərəflər regional təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qriqoryan Kimə “Sülh qovşağı” konsepsiyasını və İrəvanın regionda sabitliyin və uzunmüddətli sülhün bərqərar edilməsinə dair planını təqdim edib.
Qeyd edək ki, Yuri Kim ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsindən oktyabrda azad edilib. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen hazırda Bakıda səfərdədir.
- Akif İslamzadənin vəziyyəti necədi?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü
- Rəqib azarkeşlərə hücum etdilər - Video
- Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlandı
- “Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi...” - Fotolar
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı
- Bakıda motosiklet yerüstü piyada keçidinə çırpıldı, sürücü öldü